İnnovasiya və Təchizat Mərkəzi "“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsə məxsus anbar sahələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınması" təkliflər sorğusuna yekun vurub.
- Səhiyyə Nazirliyi - SIĞORTAÇI SEÇİR
-
“Azərkosmos” "Qala Sığorta"ya 865 min manat sığorta haqqı ödəyəcək – TENDER
FED.az xəbər verir ki, qalib "Qala Sığorta" MMC (VÖEN: 1700066901) olub.
Qalib şirkətə sığorta üçün 164 500 manat ödəniləcək.
Qeyd edək ki, "Qala Sığorta" MMC daha öncə "Azərkosmos" Agentliyinin “Azerspace-2” peykinin sığortalanması xidmətlərinin satın alınması" tenderininin qalibi olub. Həmin tender üzrə şirkətlə 865 300 manat dəyərində müqavilə imzalanıb.
Şirkət 2019-cu ildən indiyədək 23 tender üzrə satınalma müqaviləsi imzalayıb.
Əlavə məlumat üçün bildirək ki, "Qala Sığorta" ASC 15.01.1999 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 8 944 447 manatdır. Qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur. Hüquqi ünvanı Az1095, Bakı şəhəri, Səbail rayonu, Nizmai, ev 96-da yerləşir