Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti «İmişli rayonunun Cəfərli kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” satın alınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Gidromaşservis" QSC olub. Şirkətlə 880 min 9 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin 1 milyon 605 min 280 manat dəyərindəki “Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi istehsalatla əlaqədar olaraq 2020-ci ildə xüsusi nasoslar və mühərriklər üçün aqreqatlar, hissələrin satınalınması” (21.04.2022) tenderini qazanıb.