Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda İKT avadanlıqları və ləvazimatlarının satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1304261871
Satınalan təşkilatın ünvanı: AZ1141, Bakı şəhəri, H.Cavid pr.139
Müsabiqənin başlama tarixi və vaxtı: 03.07.2023 11:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.07.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.07.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 01.08.2023 14:00
Ödəniş şərtləri - 30 %-dək avans ödənişi nəzərdə tutulub
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 139; Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 112
Çatdırılma müddəti - 2023-cü ilin sonunadək (hissə-hissə)
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son bir ildəki (2022-ci il üçün) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
Təqdim edilən İKT avadanlıqları üçün (kompüter, printer və s.) istehsalçı şirkətlərin iddiaçını müvafiq informasiya sistemlərini dəstəkləməyə və malların satılmasına müvəkkil etdiyini təsdiqləyən avtorizasiya forması (MAF); istehsalçıdan rəsmi zəmanət; uyğunluq sertifikatları
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rüfət Fərəcov, Sistem administratoru
Email: [email protected]
Əlaqə telefonu: 070 544 46 48