Şəmkir Rayon İcra Hakimiyyəti “Şəmkir şəhəri üzrə küçələrin cari təmiri” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Agah Group" Firması olub. Şirkətlə 876 min 784.73 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Baş Prokurorluğun “Ağcabədi rayonunun 49 min 507 manat məbləğindəki "Cari təmir İşləri (S. Tağızadə 78A ünvanında)” tenderi üzrə müqavilə bağlanılıb (21.10.2021) .