Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Sumqayıt şəhər 19 saylı tam orta məktəbin cari təmir işlərinin satınalınması” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Şəms-95" Firması olub. Şirkətlə 686 min 248.08 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki,şirkətlə bundan əvvəl 2 milyon 827 min 389.32 manat məbləğindəki “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun “Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 41 ədəd fərdi yaşayış evlərinin tikintisi” tenderi üzrə müqavilə bağlanılıb (31.10.2019) .