Qazax Rayon İcra Hakimiyyəti rayonda yolların təmiri üzrə tender elan edir.
Eləcə də bax: 295 min manatlıq tenderin - QALİBİ AÇIQLANDI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 01.04.2022-ci il saat 15:00-a kimidir və iştirak ödənişi 450 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış;
Son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat - əsas şərtlər toplusunun Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat formasına uyğun;
İddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd - dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş arayış;
Rekvizitlər - bank hesabı (rekvizitləri), hüquqi və faktiki ünvanı - rəsmi blankda;
Qeydiyyatdan keçdiyi ölkə - dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və VÖEN;
Nizamnamə - nizamnamə (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə);
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Samir / RİHBA-da Memarlıq və tikinti şöbəsində böyük məsləhətçi
Əlaqə: [email protected] / (+994 22) 295-13-93