Sumqayıt Rayon İcra Hakimiyyəti "Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında fasadların, dəhliz və girişlərin əsaslı təmir işlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Azərenerji Təchizat" MMC (VÖEN: 6402312081) olub.
Tenderin məbləği 1 124 000 manatdır.
"Azərenerji Təchizat" MMC daha öncədə həmin qurumun 200 382 manat dəyərindəki "Sumqayıt şəhərində Niyazi, Z.Hacıyev, Ü.Hacıbəyov, P.Həşimov küçələrində səkilərdə abadlıq işlərinin satın alınması" tenderinin qalibi seçilib (28.04.2023).