Sumqayıt Rayon İcra Hakimiyyəti " Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasadlarının və girişlərinin təmiri işləri” və “Sumqayıt şəhəri, Sülh prospektində və C.Məmmədquluzadə küçəsində səkilərdə abadlıq işləri” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Azərenerji Təchizat” MMC olub.
Şirkətlə birinci tender üzrə 285 min 938, ikinci tender üzrə 125 min 505 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 411 min 443 manatdır.