Lənkəran şəhəri İcra Hakimiyyəti tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Nazirliyin 34,5 milyon manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, icra hakimiyyəti 6 tender üçün ümumilikdə 1 milyon 940 min 676 manat xərcləyibş
Tenderin qalibləri, keçirilmiş tender və müqavilənin məbləği aşaığdakılardır:
"Star Layts" MMC ilə tikinti materiallarının satın alınması üçün 213 min 946 manat;
"Dizayn İnşaat Group" MMC ilə yaşayış binalarının əsaslı təmiri işləri üçün 285 min 407 manat;
“Lənkəran Yol Tikinti” ASC ilə avtomobil yollarının təmir işləri üçün 790 min 256 manat;
"Core Construction" MMC ilə yol kənarındakı hasarların və parkların təmir işləri və gül kollarının alınması üçün 620 min 293 manat;
Kərimov Arif ilə dekorativ ağac və gül kollarının satınalınması üçün 17 min 774 manat;
Qəribov Mehman ilə dəftərxana ləvazımatı və təsərrüfat mallarının alınması üçün 13 min manat.