Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 34 şəhər və rayonda fərdi evlərin tikintisi üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderi "Avalon-12" QSC qazanıb.
Nazirlik 34 rayon və şəhərdə ümumilikdə tikiləcək 500 fərdi ev üçün şirkətə 34 milyon 539 min 616 manat ödəyəcək.
Qeyd edək ki, tikiləcək evlər Ağcabədi, Ağdaş, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Qax, Qazax, Qobustan, Qusar rayonlarında yerləşəcək.