İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması” üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki,nəticələrə görə tenderin qalibi "Keşəli" (VÖEN: 1600100421) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 5 073 881 dəyərində müqavilə bağlanıb.
Xatırladaq ki, "Keşəli" MMC bundan ümumilikdə agentliklə daha beş tender müqaviləsi imzalayıb.
Belə ki, şirkət "Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması" tenderi üzrə 1 185 105, "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması" tenderi üzrə 962 697, "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb.