Azərbaycanda dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləridir.
Zərdab rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı İsmayıllı Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırıb.
Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 30 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 5 milyon 668 min 213 manat olan müqavilələr imzalanıb.
Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 7 milyon 639 min manat olan 3 satınalma müqaviləsi bağlanıb.
Son iki ildə hələlik ən böyük tenderi "İsmayıllı Tikinti-27" ASC şirkəti qazanıb. Şirkət İsmayıllı rayonunun İvanovka kəndində 1 250 hektar ekin sahəsinin suvarma suyu ilə əldə edilməsinin yaxşılaşdırılması işləri üzrə tenderi qazanıb və 7 milyon 750 min manatlıq müqavilə imzalanıb.
Qalib şirkət İsmayıllı rayonundakı dövlət sifarişlərində aktiv iştirak edir. Belə ki, şirkət 2025-ci ildə İsmayıllı Rayon İHnin üç tenderinin qalibi olub və şirkətlər cəmi dəyəri 249 min manat olan müqavilələr imzalanıb.
Rayonda ikinci böyük tenderi "Fərid Firması" qazanıb. Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçirən şirkətlə «Qaçqınkom»Tikilməkdə olan Müəssisələr Müdiriyyəti arasında 1 milyon 282 min manatlıq müqavilə imzalanıb.
İsmayıllıda dövlət sifarişlərində digər aktiv şirkət "Huseynli Partners Architecture and Construction" MMC-dir. Bu şirkət İsmayıllı Rayon İHnin 3 tenderini qazanıb. Bu müqavilələr şirkətə 22 min manat qazandırıb.
Birinci tender İsmayıllı rayonunda yolların əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması, ikinci və üçüncü tenderlər isə İsmayıllı rayonunda büdcə vəsaitlərinin abadlıq işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin satın alınması ilə bağlı idi.
Rayonda daha bir iri tenderi isə "ATF" MMC udub. İsmayıllı Rayon İH MMC-ə 2 dəfə İsmayıllı şəhərinin prospekti və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini həvalə edib, 686 min manatlıq və 390 min manatlıq müqavilələr imzalayıb.
İsmayıllı Rayonunda keçirilən tenderlərin qalibi haqqında daha detallı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı VÖEN-i |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
"Tikilməkdə olan obyektlərin Müdriyəti" PHŞ |
İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar ekin sahəsinin suvarma suyu ilə əldə edilməsinin yaxşılaşdırılması |
"İsmayıllı Tikinti-27" ASC VÖEN 5400021251 |
7 570 367 |
05.02.2026 |
|
2 |
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci |
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-ə lazım olan avtomobil nəqliyyatı vasitələrinin satın alınması |
"Nurgün Motors" MMC VÖEN 1400278021 |
49 900 |
23.01.2026 |
|
3 |
İsmayıllı Mənzil İstismar İdarəsi |
İsmayıllı şəhərində Mənzil fondunun təmiri işləri |
"Girdiman Group" MMC VÖEN 5400942721 |
18 565 |
12.01.2026 |
|
4 |
İsmayıllı Kommunal Müəssisələri Kombinatı |
İsmayıllı Kommunal Müəssisələri Kombinatına lazım olan təsərrüfat mallarının alınması |
"Gündəlik" MMC VÖEN |
13 643 |
26.12.2025 |
|
5 |
İsmayıllı Rayon İH |
2025-ci ildə İsmayıllı şəhərinin prospekti və küçəsində asfalt örtüklü yolun əsaslı təmiri işləri |
"ATF" MMC VÖEN |
389 705 |
25.12.2025 |
|
6 |
İsmayıllı Kommunal Müəssisələri Kombinatı |
İsmayıllı Kommunal Müəssisələri Kombinatına lazım olan Zibil konteynerlərinin alınması |
"Hədəf Bir 2025" MMC VÖEN |
23 968 |
25.12.2025 |
|
7 |
İsmayıllı Kommunal Müəssisələri Kombinatı |
İsmayıllı Kommunal Müəssisələri Kombinatına lazım olan Nəqliyyat vasitələri üçün ehtiyat hissələrin alınması |
"Hakimoğlu" MMC VÖEN |
13 072 |
25.12.2025 |
|
8 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonunda abadlıq işlərinin həyata keçirilməsi üçün olan plafonların və gül qablarının alınması |
"Prime Projecets" MMC VÖEN |
16 000 |
18.12.2025 |
|
9 |
«Qaçqınkom» Tikilməkdə olan Müəssisələr Müdiriyyəti |
Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Oğuz, Beyləqan, İsmayıllı və Samux rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri |
"Simmetriya" MMC VÖEN 8500147721 |
372 648 |
18.12.2025 |
|
10 |
İsmayıllı Rayon İH |
Lot-2 İsmayıllı şəhəri Heydər Əliyev adına parkda abadlıq işləri |
"İsmayıllı Tikinti-27" ASC VÖEN 5400021251 |
156 129 |
11.12.2025 |
|
11 |
«Qaçqınkom» Tikilməkdə olan Müəssisələr Müdiriyyəti |
Bakı, Mingəçevir, Xırdalan şəhərlərində və İsmayıllı rayonunda məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işlərinin satın alınması |
"Kaspian Standart" MMC VÖEN 1301633471 |
374 161 |
10.12.2025 |
|
12 |
FHN Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti |
Şamaxı Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evinin tikintisi |
"Aypara-İnşaat" MMC VÖEN 1002536261 |
275 466 |
02.12.2025 |
|
13 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
İsmayıllı rayonunun ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması |
"Creat Company" MMC VÖEN 1904172531 |
10 148 |
24.11.2025 |
|
14 |
«Qaçqınkom» Tikilməkdə olan Müəssisələr Müdiriyyəti |
Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri |
"Fərid" Firması VÖEN 1100091481 |
1 281 939 |
19.11.2025 |
|
15 |
FHN Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti |
Şamaxı və İsmayıllı rayonlarında 3 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisi |
"Tərəqqi-Ş" MMC VÖEN 1302085961 |
270 200 |
05.11.2025 |
|
16 |
«Qaçqınkom» Tikilməkdə olan Müəssisələr Müdiriyyəti |
Bakı, şəhərdə, Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işlərinin satın alınması |
"Rada Construction" MMC VÖEN 1306237041 |
899 791 |
24.10.2025 |
|
17 |
İsmayıllı Rayon İH Başçısının İsmayıllı Şəhər İnzibati Ərazi Bölgüsü üzrə Nümayəndəliyi |
İsmayıllı şəhəri V.Osmanov binası-1 ümumi yaşayış binasında təmir işləri |
"Girdiman Group" MMC VÖEN 5400942721 |
20 691 |
24.10.2025 |
|
18 |
"İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" PHŞ |
İsmayıllı RMX və tabeliyində olan xəstəxanaların gəmiricilərindən,həşəratlardan və bakteriyalardan təmizləmə xidmətinin satınalınması |
"Bio Prof.Dez." MMC VÖEN 1403615451 |
5 597 |
19.09.2025 |
|
19 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonu jurnalının yaradılması, çapı və alınması |
Cəmilə Fuad qızı İsgəndərzadə Boisson VÖEN 1304201352 |
45 450 |
18.09.2025 |
|
20 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonunda yolların əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması |
"Huseynli Partners Architecture and Construction" MMC VÖEN 1405383181 |
3 475 |
01.09.2025 |
|
21 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonunda 2025-ci ildə Mətbuat işçilərinin İsmayıllı rayonuna səfəri, Anım günü və Zəfər günü ilə əlaqədar tədbirlər planı |
"İsmayıllı Tikinti-27" ASC VÖEN 5400021251 |
17 351 |
29.08.2025 |
|
22 |
İsmayıllı Rayon İH |
İsmayıllı şəhərinin prospekti və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işləri |
"ATF" MMC VÖEN 6000110131 |
685 819 |
04.08.2025 |
|
23 |
"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" PHŞ |
İsmayıllı rayonu “DOST EVİ” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin su təchizatının satın alınması |
"Rems" MMC VÖEN 1905249401 |
25 842 |
29.07.2025 |
|
24 |
FHN Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti |
Ağsu və İsmayıllı rayonlarında 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi |
"Baku Bilding" MMC VÖEN |
183 193 |
22.07.2025 |
|
25 |
İsmayıllı Rayon İH Başçısının İsmayıllı Şəhər İnzibati Ərazi Bölgüsü üzrə Nümayəndəliyi |
İsmayıllı şəhərində Mənzil fondunun əsaslı təmiri işləri |
"İsmayıllı Tikinti-27" ASC VÖEN 5400021251 |
75 540 |
17.07.2025 |
|
26 |
İsmayıllı Rayon İH |
İsmayıllı Rayon İHnin İnzibati binasının cari təmiri |
"Nial Construction" MMC VÖEN 5400727531 |
10 500 |
02.07.2025 |
|
27 |
"İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" PHŞ |
“ İsmayıllı RMX PHŞ"-nin tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və təmirsizləşdirilməsi xidmətinin satınalınması |
"Eco Logistics" MMC VÖEN 1504055871 |
56 779 |
22.05.2025 |
|
28 |
İsmayıllı Rayon İH Başçısının İsmayıllı Şəhər İnzibati Ərazi Bölgüsü üzrə Nümayəndəliyi |
İsmayıllı şəhərinin bir neçə küçəsində işıqlandırma sisteminin cari təmir işlərinin görülməsi və işıq avadanlıqlarının alınması |
"Nial Construction" MMC VÖEN 5400727531 |
31 404 |
15.05.2025 |
|
29 |
Dövlət Turizm Agentliyi |
İsmayıllı Rayonu, Basqal qəsəbəsində isə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidinin (Arxeoloji muzeyinin) bərpası və tikiliyə məxsus ərazinin abadlaşdırılması işləridir. |
"Tələt" Firması VÖEN 7500048561 |
284 018 |
22.04.2025 |
|
30 |
"DOST Agentliyi" PHŞ |
5 DOST filialında (Qobustan, Mingəçevir, İsmayıllı, Göyçay və Yevlax) əsaslı təmir işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması |
"Entre" MMC VÖEN 1806256761 |
108 560 |
03.04.2025 |
|
31 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonunda büdcə vəsaitlərinin abadlıq işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin satın alınması |
"Huseynli Partners Architecture and Construction" MMC VÖEN 1405383181 |
9 786 |
18.03.2025 |
|
32 |
İsmayıllı Rayon İH Başçısının İsmayıllı Şəhər İnzibati Ərazi Bölgüsü üzrə Nümayəndəliyi |
İsmayıllı şəhərində Mənzil fondunun təmiri və şəhərin bir neçə küçəsində işıqlandırma sistemi cari təmir işlərinin görülməsi və avadanlıqların alınmasının layihə smeta sənədlərinin hazırlanması |
"Az,Arxitektura" MMC VÖEN 6001265561 |
6 049 |
11.03.2025 |
|
33 |
İsmayıllı Rayon İH |
İsmayıllı rayonunda büdcə vəsaitlərinin əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması |
"Huseynli Partners Architecture and Construction" MMC VÖEN 1405383181 |
8 789 |
07.03.2025 |
|
Yekun 2025 |
5 668 213 |
||||














