Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi « Hydrotrans Engineering Mühəndislik Mərkəzi» MMC olub. Şirkətlə 1 milyon 320 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də “Bakı Metropoliteni” QSC-nin 531 min manat məbləğində “Bakı Metropoliteninin “H.Aslanov” stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyalarının bərpasının lahiyələndirilmə işlərinin satınalınması” satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (29.07.2022).