Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki,Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı açıq tenderin nəticələrinə əsasən “Hünər İnşaat Firması" (VÖEN: 1500271551) qalib müəyyən edilib.
Həmin şirkətlə 20 milyon 932 min 224 manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.