Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC iki tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi Amal Group MMC (VÖEN: 1305578581) olub.
Həmin şirkətlə "Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" tenderi üzrə 20 milyon 834 min 191 manat, "
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi" tenderi üzrə 12 milyon 298 min 573 manat " manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.
“MİDA” MMC "Amal Group"a ümumilikdə 33 milyon 132 min 764 manat ödəyəcək.