Son günlərdə Heydər Əliyev Mərkəzi tərəfindən planlaşdırılan bir sıra satınalma prosedurları ləğv edilib.
FED.az xəbər verir ki, bu qərarlar əsasən tenderlərdə iştirak etmək üçün müraciət edən iddiaçıların sayının üçdən az olması ilə bağlıdır.
Zərdabda dövlət tenderlərini kimlər udur? – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Ümumi dəyəri 213.449 manat olan IT avadanlıqlarının alınmasına dair tender, həmçinin 395.889 manat məbləğində çiller qurğuları və ehtiyat hissələrinin texniki xidmətlərinə dair satınalma proseduru iştirakçı sayının azlığı səbəbilə baş tutmayıb.
Bundan başqa, Mərkəz üçün müxtəlif nasoslar, idarəetmə panelləri və digər malların, həmçinin xidməti avtomobillər və elektron idarəetmə proqramlarına texniki xidmətlərin satınalınmasına dair elan olunmuş tenderlər də eyni səbəbdən ləğv olunub.
Bəzi hallarda isə ləğv qərarı müvafiq icra hakimiyyətinin qərarına əsasən verilib.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Ləğv edilmə tarixi |
Ləğv səbəbi |
Ehtimal olunan qiymət |
1 |
Heydər Əliyev Mərkəzinin üçün IT avadanlıqlarının satınalınması |
01.05.2025 16:53 |
Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.) |
|
2 |
Heydər Əliyev Mərkəzi üçün müxtəlif təyinatlı nasosların, idarəetmə panellərinin, genişləmə çənlərinin və digər malların satınalınması |
30.04.2025 12:29 |
Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu halda (DSQ 11.1.) |
- |
3 |
Heydər Əliyev Mərkəzində tətbiq olunan elektron idarəetmə proqramlarına il ərzində texniki xidmətlərin satınalınması |
30.04.2025 12:27 |
Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında (DSQ 4.1.2, 38.2, 57.3.7.) |
- |
4 |
Heydər Əliyev Mərkəzinin xidməti avtomobillərinə il ərzində göstərilən texniki xidmətlərin satın alınması |
30.04.2025 12:26 |
Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu halda (DSQ 11.1.) |
- |
5 |
Heydər Əliyev Mərkəzində istismar olunan su soyutma sisteminə aid olan çiller qurğularına il ərzində göstərilən texniki xidmətlərin və müxtəlif ehtiyat hissələrinin satınalınması |
29.04.2025 15:05 |
Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.) |
395.889,00 AZN |