Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti “Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Cəbrayılda 45,8 milyon manata yaşayış evləri tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Ramco” QSC olub.
Qalib şirkətə 2 003 464 manat ödəniləcək.
Bu qiymətə görüləcək işlər aşağıdakılardır :
Baş plan-Söküntü işləri
Baş plan-Şaquli planlaşdırma işləri
Müvəqqəti binalar və qurğular - 0,6%: (Yalnız tikinti-quraşdırma işlərinə)
Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər (0,4*0,8=0,32%) (Yalnız tikinti-quraşdırma işlərinə)
Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait ( 1%)