Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsi üzrə yaşıllıq və abadlaşdırma işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Real-İnşaat" MMC olub. Müqavilənin ümumi dəyəri 2 199 647 manat təşkil edir. Ehtimal olunan qiymət isə 2 657 677 manat idi.
Qeyd edək ki, "Real-İnşaat" MMC bundan əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 271 161 manat təşkil edib.










