Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən həyata keçirilən iki satınalma prosedurunun nəticələri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət Ağdam şəhərində parkın tikintisi və Kəngərli kəndində mühəndis kommunikasiyaları işlərinin davamı üçün ümumi dəyəri 9 milyon 760 min 319 manat olan müqavilələr imzalayıb. Satınalmalar "Bir mənbə" metodu ilə reallaşdırılıb.
Qalib şirkətlər və görüləcək işlər aşağıdakı kimidir:
"RF İnşaat" MMC – Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri. Müqavilənin dəyəri 7 790 425 manat təşkil edir.
"Elta Development" QSC – Ağdam rayonu, Kəngərli kəndinin sahədaxili mühəndis kommunikasiyaları (su, kanalizasiya və qaz xətləri) işlərinin davamı. Müqavilənin dəyəri 1 969 894 manat təşkil edir.










