Gürcüstanda qeydiyyata alınmış şirkətlər Avropa İttifaqına (Aİ) üzv 27 ölkədə dövlət satınalmalarında iştirak imkanı əldə edib.
Eləcə də bax: "Starlink" Gürcüstanda - AKTİVLƏŞDİRİLİR
FED.az xəbər verir ki, bununla bağlı qərar Gürcüstan-Aİ Assosiasiya Şurasında qəbul olunub.
Aİ ölkələrində elan olunacaq tenderlərdə iştirak Gürcüstanla Aİ arasındakı ticarət sazişində nəzərdə tutulub. Bu vaxta qədər Gürcüstanın dövlət satınalmalarında iştirak hüququ ilə bağlı məhdudiyyətləri olub.
Gürcüstanın Dövlət Satınalmaları üzrə Agentliyinin məlumatına əsasən, Aİ üzrə hər il 250 minə yaxın dövlət subyekti təqribən 2 trilyon avro məbləğində məhsul və xidmət alır. Ən iri tədarükçülər Almaniya, Fransa, İtaliya, Niderland və İspaniyadır.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, qərar ölkədə fəaliyyət göstərən şirkətlər üçün yeni stimul olacaq: “Bu, eyni zamanda Gürcüstanın Avropanın iqtisadi məkanına inteqrasiyası baxımından irəli atılmış mühüm addımdır”. (Report)