Gürcüstanın Rabitə Kommunikasiyası İlon Maskın "Starlink" şirkətinə Gürcüstanda internet xidməti göstərməsi üçün icazə verib.
Eləcə də bax: İlon Mask Gürcüstanda şirkət - AÇIB
FED.az xəbər verir ki, bu barədə kommunikasiyanın məlumatında deyilir. Məlumata görə, şirkət Gürcüstanda fəaliyyət göstərməsi üçün lazım olan icazəni almaq məqsədilə 8 iyulda komissiyaya müraciət edib.
Bildirilib ki, artıq "Starlink Georgia" Gürcüstanda praktik fəaliyyətə başlamağa hazırlaşır.
İcazə şərtlərinə uyğun olaraq, "SpaceX" Gürcüstanda "Starlink" peyk sistemləri vasitəsilə yüksəksürətli internet xidmətləri göstərəcək.
Qeyd olunub ki, "Starlink"in tətbiqi yüksək dağlıq bölgələrdə və internetə çıxışı olmayan ərazilərdə xüsusilə vacibdir. "Bu baxımdan onun tətbiqindən sonra bütün bu cür coğrafi ərazilərdə yüksəksürətli internetə çıxış hər kəs üçün əlçatan olacaq",- deyə komissiyanın məlumatında bildirilib.
Qeyd edək ki, "SpaceX" indiyədək 2700-dən çox "Starlink" aşağı orbitli peykini kosmosa göndərib. (Apa)