Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının keçirdiyi 3 tender ləğv edilib.
"M-Trans" MMC Dövlət Gömrük Komitəsini - MƏHKƏMƏYƏ VERİB
FED.az xəbər verir ki, həmin tenderlərin ləğv edilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qərar verib.
Ləğv edilən tenderlər tibbi avadanlığın, sərf materiallarının və dəftərzana materiallarının alınması ilə bağlıdır. Beləliklə,
Gömrük Mərkəzi Hospitalı tərəfindən «Siemens Axiom Artis Zee» markalı angioqrafiya cihazı üçün rentgen borusunun təchizatı və quraşdırlması üzrə tender ləğv edilib. Tenderdə ehtimal olunan qiymət 165 min manat, müsabiqədə iştirak haqqı isə 250 manat idi.
Gömrük Mərkəzi Hospitalı tərəfindən Kardioloji tibbi sərf materiallarının satın alınması üzrə tender ləğv edilib. Tenderdə ehtimal olunan qiymət 268 min manat, iştirak haqqı 350 manat təşkil edib.
Gömrük Mərkəzi Hospitalı tərəfindən dəftərxana mallarının satın alınması terderi ləğv edilib. Satınalmada ehtimal olunan qiymət 70 min manat, iştirak haqqı 140 manat təşkil edib.
Hər 3 tender «Dövlət Satınalmaları haqqında» qanunun 36.1.1. maddəsinin bəndinə əsasən, yəni iştirakçıların sayı 3-dən az olduğuna görə ləğv edilib.