Dövlət Gömrük Komitəsi "Dəftərxana və təsərrüfat mallarının satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər veri ki, tenderin qalibi "Leads Group Supply" MMC olub. Şirkətlə 47 min 540.36 manat məbləğində müqavilə imzalanıb.
Şirkət bundan əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin 28 min 705.14 manat məbləğindəki "Şirvan şəhərində küçələrin işıqlandırılması üçün malların satın alınması" tenderinin qalibi olub (24.12.2022).