Dənizkənarı Bulvar İdarəsi “Kamera sistemi üçün avandanlıqlar, komputer, printer və onların ehtiyat hissələrinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Technity” MMC olub. Şirkətlə 91 min 737.92 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də həmin qurumun 292 min 010.23 manat dəyərindəki "Dənizkənarı Bulvar ərazisində istirahət və əyləncənin təşkili üçün avadanlıqların satınalınması" tenderi üzrə müqavilə imzalanıb.