"Geoloji Kəşfiyyat Agentliyi" Publik Hüquqi Şəxsi (VÖEN – 1308069381) kotirovka sorğusu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Agentliyin 2025-ci ilin maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləridir. Ehtimal olunan qiymət 1 500 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 25 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 10 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Rəşad Babaşov - Satınalmalar üzrə mütəxəssis
[email protected]
+994 50 247 19 47
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 25 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 100A ünvanına təqdim edə bilərlər.











