"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ (VÖEN – 9900001751) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 2025-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunmasıdır. Ehtimal olunan qiymət 210 000 manat təşkil edir.
Tender 11 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 19 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Elşən İsmayılzadə - Böyük məsləhətçi
[email protected]
+994 50 289 41 07
İddiaçılar təkliflərini 19 fevral 2026-cı il tarixinə qədər Moskva prospekti 67, AZ 1012 Bakı ünvanına təqdim edə bilərlər.











