Banner

Tenderlər

Gəncədən İstanbula alüminiumu - 2 Milyon Manata Çatdıracaqlar

Gəncədən İstanbula alüminiumu - 2 Milyon Manata Çatdıracaqlar | FED.az
11:52 25 Fev 2021

“Azəralüminium” MMC “Paga Trans Lojistik” MMC ilə müqavilə bağlayıb.

Eləcə də bax: Dövlət qurumu manqal üçün kömür alır - KOTİROVKA SORĞUSU

FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə İki il ərzində Alüminium külçə,rulon və billet yükünün yük maşını ilə Gəncə sahəsindən İstanbul(Asiya tərəf) şəhərinə daşınması xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 2 080 000 manatdır.

Xatırladaq ki, “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə  boksit (gələcəkdə həm də alunit) filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium külçə, billet, yarımfabrikat tökmə rulon, qalınlığı 0,2-2,5 mm olan soyuq yayılmış və boyanmış təbəqələr istehsal edir.

Banner
Banner

Digər xəbərlər