Banner

Tenderlər

Dövlət qurumu manqal üçün kömür alır - KOTİROVKA SORĞUSU

Dövlət qurumu manqal üçün kömür alır - KOTİROVKA SORĞUSU | FED.az
09:49 24 Fev 2021

Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC manqal üçün odun kömürünün satın alınması məqsədilə kotirovka sorğusu elan edir:

FED.az Tender komissiyasına istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Nizami küçəsi 96E (Landmark I, 4-cü mərtəbə) nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs- Vüsal Balayev, telefon: +99477 277 32 51.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 26 fevral 2021-ci il saat 11.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 26 fevral 2021-ci il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E (Landmark I, 4-cü mərtəbə) nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış proseduru onlayn qaydada həyata keçirilə bilər.

Banner
Banner

Digər xəbərlər