Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə Şəhəri, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin "Mənzil Fondunun əsaslı təmir işləri" ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Master Ofis” MMC olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 920 min 096.59 manatdır
Qeyd edək ki, şirkət bundan əvvəl də Samur-Yalama Milli Parkı tərəfindən elan edilmiş 37 min 996 manat dəyərindəki “Daşına bilən evlərin tikilməsi və quraşdırılması işləri" tenderinin qalibi seçilib (29.07.2022).