Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Bakıda xəstəxana söküləcək - 3,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, tenderi "Göygöl təmir-tikinti təchizat T.R." MMC qazanıb.
Qurum Gəncə şəhərində küçələrin işıqlandırma sistemlərinin yenilənməsi işlərinin satın alınması üçün şirkətlə müqavilə bağlayıb.
Müqaviləyə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi "Göygöl təmir-tikinti təchizat T.R." MMC-yə 1 milyon 87 min manat ödəyəcək.