Səhiyyə Nazirliyi xəstəxanada söküntü və tikinti işləri ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət şirkəti yol tikintisinə - 5,8 MİLYON MANAT XƏCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderi "Arash Medical Company" MMC qazanıb.
Nazirlik "Arash Medical Company" ilə 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi (tibbi avadanlıqlarla və inventarlarla təchizatı) üçün 3 milyon 712 min 697 manat məbləğidə müqavilə bağlayıb.
Qeyd edək ki, 11 nömrəli Birləşmiş Şəhər Xəstəxana Bakı şəhərinin Nizami rayonunda yerləşir.