Ərazi tikinti Planlaşdırma Mərkəzi bir-daha bir iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "İnşaat Servis-2" MMC (VÖEN: 1001716061) qalib olub.
Şirkətlə 1,5 milyon manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur.