Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib «Az Graft Constructıon» MMC (VÖEN: 6200389011) olub. Tenderin məbləği 2 192 164 min manatdır
Qeyd edək ki, şirkətlə bundan əvvəl “Azərsu” ASC-nin 8 074 129 min manat məbləğində “İşğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi işlərinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (26.08.2022)