Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə Körpü Tikinti-2” ASC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Azərbaycanda meliorasiyaya dair 9 milyon manatlıq 2 tenderin qalibləri - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhəri, Əli Məmmədov küçəsində yeni Ekoloji Park Kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 949 473 manatdır.