“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay (Cimiçay) çayının sel sularından mühafizəsi (1), eləcə də Quba rayonundakı Qudyalçayda sahilbərkitmə işləri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: "Azərxalça"nın 1,4 milyon manatlıq tenderinin qalibləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq “Azərtranss” və “Teymur-M” MMC-lərdir.
Qalib şirkətlərə 5 212,6 min manat və 3 401,98 min manat, ümumilikdə isə 8 614,6 min manat ödəniləcək.