Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı dörd ayrı satınalma üzrə tenderlərə yekun vurub.
DİN 13,8 milyon manatlıq İKT avadanlıqları alacaq - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, layihələr üzrə ümumi maliyyə həcmi 90.280.382,62 AZN təşkil edir. Tikinti və texniki nəzarət xidmətlərini iki fərqli şirkət həyata keçirəcək.
Ən böyük maliyyəli iki tenderin qalibi “İnşaatçı 3” MMC (VÖEN: 1700052831) olub. Şirkət stadionun üçüncü mərhələ yenidənqurma işləri üzrə keçirilmiş tenderi 45.033.980,39 AZN, dördüncü mərhələ işləri üzrə isə 41.844.050,28 AZN məbləğində qazanıb.
Bundan əlavə, stadionun xarici elektrik təchizatı üzrə işlərin satın alınması da eyni şirkətə — “İnşaatçı 3” MMC-yə həvalə olunub. Bu mərhələnin müqavilə dəyəri isə 3.068.411,95 AZN olub. Şirkətin ümumi qazancı beləliklə 89.946.442,62 AZN-ə çatıb.
Qeyd edək ki, “İnşaatçı 3” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qeys Siraclı Məmməd oğludur. Hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, ev 20, qapı 1,2,3 ünvanında yerləşir.
Stadionun mexanika, elektrik və santexnika (MEP) sistemlərinin texniki nəzarəti və test-qəbul işləri üçün keçirilmiş tenderin qalibi isə “Metsl Azerbaijan” MMC (VÖEN: 1702426781) olub. Şirkətlə 333.940 AZN dəyərində müqavilə imzalanıb.