Gəncə Şəhəri İcra Hakimiyyəti “Gəncə şəhər ərazisində abadlıq işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub. Şirkətlə 2 725 267 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Gədəbəy Rayon İcra Hakimiyyətinin 917 006 manat məbləğində “Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması” tenderi üzrə müqavilə bağlanılıb (27.10.2022).