Gəncə Şəhəri İcra Hakimiyyəti “Gəncə şəhər ərazisində abadlıq işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC olub. Şirkətlə 2 milyon 725 min 267 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyinin 858 min 910 manat dəyərindəki “Göygöl şəhərində yolların əsaslı təmiri işləri” tenderini qazanıb.