“Azərsu” ASC "Energetika sahəsinə lazım olan mal-materialların və ehtiyat hissələrinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “VS Enerji Service” MMC olub. Şirkətlə 1 milyon 591 min 717 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Biləsuvar Suvarma Sistemləri İdarəsinin 136 min 830 manat məbləğindəki “1-aqreqatlı 34, Günəşli-1 və 101 №-li nasos stansiyaların elektrik iş rejiminə keçirilməsi və elektrik təsərrüfatının əsaslı təmir işlərinin satınalınması” (03.05.2021) tenderini qazanıb.