Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.
DİN bu şirkətə 9 milyondan çox pul ödəyəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, sözügedən tender 2025-ci il üçün diaqnostika mərkəzində cari təmir işlərinin satın alınması üzrə elan edilib. Tenderin qalibi "Aktiv-A" MMC olub.
Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 6 206 375 AZN təşkil edir.
Qeyd etmək lazımdır ki, "Aktiv-A" MMC əvvəllər də Füzuli Rayon Mərkəzi Xəstəxanasının tenderində qalib olub. Belə ki, şirkət 22 avqust 2025-ci il tarixində artezian quyularının qazılması və su xətlərinin çəkilişi işləri üzrə kotirovka metodu ilə keçirilən tenderi udub. Həmin tender üzrə isə 54 610 AZN məbləğində sifariş alıb.
Qeyd edək ki, "Aktiv-A" MMC 2010-cu ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həbib Məmmədov Müslüm oğludur. Hüquqi ünvanı Qobustan rayonu, Qobustan şəhəridir.













