Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi (VÖEN: 3201635961) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə “Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 137 min 691 manat 75 qəpikdir.
Təkliflərin son təqdim olunma tarixi 10 oktyabr 2025-ci il saat 12:00-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 12:00-da keçiriləcək.
İştirak haqqı iki yüz əlli manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Orxan İbadov – Satınalma şöbəsinin böyük məsləhətçisi.
Əlaqə vasitələri: [email protected], (+994 55) 386 15 15.
İddiaçılar təkliflərini 10 oktyabr 2025-ci il tarixinədək Ağdam şəhəri ünvanına təqdim edə bilərlər.