"Əsaslı Tikinti və Təchizat" MMC açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə Füzuli rayonu, Qarğabazar kəndində yerləşən Məscidin (4212 inventar nömrəli) bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınmasını əhatə edir.
Müsabiqədə iştirak haqqı 250 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 1703544251
Satınalan təşkilatın ünvanı: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84
Ehtimal olunan qiymət: 183 195 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.11.2025 17:50
Zərflərin açılış tarixi və vaxtı: 20.11.2025 17:50
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Teymur Məmmədov, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994 12 565 01 47













