Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələri üçün elan etdiyi tikinti və təhcizat tenderlərinin qalibləri açıqlanıb.
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun "Tunel-Metro Inşaat”, “Azərsutəchizattikinti” ASC, "Azəri Servis" LTD, "AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPORASİYASI" ASC “AZ.İnşaat-M.V.” ММC şirkətləri ilə bağladığı müqavilələrin ümumi dəyəri 34 milyon 513 min 518 manatdır.
Eləcə də bax: Məcburi köçkünlər üçün 245 evlik – ŞƏHƏRCİK SALINIR - TENDERLƏR AÇIQLANDI
Qaz və istilik təchizatının tikintisi üçün “Tunel-Metro Inşaat” ММC ilə 6 milyon 93 min manat;
Su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi üçün “Azərsutəchizattikinti” ASC ilə 5 milyon 753 min 480 manat;
Abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi "Azəri Servis" LTD 11 milyon 100 min 594 manat;
Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün "AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPORASİYASI" ASC ilə 4 milyon 502 min 616 manat;
Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün “AZ.İnşaat-M.V.” ММC 6 milyon 963 min 828 manat məbləğində müqavilə bağlanılıb.