Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda əsas fondlara xidmət haqqı xərcləri nəzərdə tutulub.
Qeyd edək ki, sərfiyyat materialları daxil olmaqla hər birindən 12 ədəd orqtexnika təmiri xidmətləri, rabitə avadanlıqlarının təmiri xidmətləri və kamera xidmətləri satın alınacaq.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1401347471
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xocahəsən-Lökbatan yolu, 7-ci km qərbi
Ehtimal olunan qiymət: 370 992 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 04.04.2024 22:08
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.04.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 30.04.2024 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səlimxan Şükürlü, Baş məsləhətçi
Email : [email protected]
Əlaqə telefonu : [email protected]