Fövqəladə Hallar Nazirliyi iki tenderə yekun vurub.
Laçında 3,3 milyonluq layihələndirmə müqavilələri - BU ŞİRKƏTLƏRLƏ BAĞLANDI
FED.az xəbər verir ki, Nazirlik tərəfindən keçiriləcək tədbirlər çərçivəsində müxtəlif xidmətlərin satın alınması məqsədilə iki şirkətlə müqavilə bağlanıb.
Belə ki, “Flame Tours and DMC” MMC (VÖEN: 1902295071) ilə qonaqların mehmanxanalarda yerləşdirilməsi və tədbirlərin keçiriləcəyi konfrans zallarının icarəsi xidmətlərinin göstərilməsi üçün 211 640 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Flame Tours and DMC” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Mahmudzadə Himayət oğludur. Hüquqi ünvanı AZ1133, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 123, mənzil 64 ünvanında yerləşir.
Həmçinin, “Konsis” MMC (VÖEN: 1700681481) ilə keçiriləcək tədbirlər zamanı təqdim olunacaq xidmətlər üzrə 05 avqust 2025-ci il tarixli 020/25 nömrəli müqavilə bağlanıb. Bu müqavilənin dəyəri 223 360 manat təşkil edir.
Qeyd edək ki, “Konsis” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Gülzar Əlyarbəyova Pərviz qızıdır. Hüquqi ünvanı AZ1003, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi, ev 89, mənzil 37 ünvanında yerləşir.
Ümumilikdə, hər iki tender üzrə bağlanmış müqavilələrin məbləği 435 000 manata bərabərdir. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).