“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ daha iki tenderə yekun vurub.
Təhsil müəssisəsi 145 min manata avtobus alacaq - TENDER ELANI
FED.az xəbər verir ki, qurum tərəfindən keçirilmiş tenderlər çərçivəsində ümumilikdə 3 335 608 manatlıq satınalma müqavilələri imzalanıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
İlk tender üzrə qalib “Azin Construction” MMC (VÖEN: 2003688301) olub. Şirkət Laçın şəhər inzibati ərazisində 2-ci fazanın 1-ci mərhələsi çərçivəsində fərdi yaşayış evlərinin layihələndirilməsi işinin layihə-smeta sənədlərinin hazırlanması xidmətini 1 835 608 manat müqabilində həyata keçirəcək.
Qeyd edək ki, “Azin Construction” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Orucov Alxan oğludur. Hüquqi ünvanı AZ1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23, mənzil 65 ünvanında yerləşir.
Digər tenderin qalibi isə “Bureau Mühit” MMC (VÖEN: 2006792941) olub. Müqaviləyə əsasən, şirkət Laçın rayonunun Laçın şəhər inzibati ərazisində 2-ci fazanın 1-ci mərhələsində layihələndirilən çoxmənzilli yaşayış binalarının layihələndirilməsi sənədlərini hazırlayacaq. Bu tenderin dəyəri 1 500 000 manat təşkil edir.
Qeyd edək ki, “Bureau Mühit” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Toğrul Bayramov Şahin oğludur. Hüquqi ünvanı AZ1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, mənzil 3 ünvanında yerləşir.