Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti dibdərinləşdirmə işləri ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, FHN-nin Xəzər Hövzə Qəza- Xilasetmə Xidməti (VÖEN: 1700691571) qalib olub.
Şirkətlə 900 000 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Xəzər Hövzə Qəza -Xilasetmə Xidmətinin Dib dərinləşdirmə işləri idarəsinin Kür çayında ( Salyan və Neftçala rayonlarından keçən ərazisində) və deltasında dib dərinləşdirmə işləri nəzərdə tutulur.