Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti növbəti tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib “Təməl 1918” MMC seçilib.
Tender müqaviləsində Füzuli və Saatlı rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri işləri nəzərdə tutulur.
Qalib şirkətə 531 499 manat ödəniləcək