Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iki tender müsabiqəsi keçirilib. Tenderlərin məqsədi müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tikintisi və bərpası işlərinin həyata keçirilməsi olub.
Qalib şirkət bu tenderi 4 dəfə ucuz qiymətə qazandı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, ilk tender çərçivəsində, Şamaxı və Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası nəzərdə tutulub. Bu işlərin icrası üçün keçirilən tenderin qalibi "Tərəqqi-Ş" MMC (VÖEN: 1302085961) olub. Şirkət işləri 404.240,53 manat məbləğində həyata keçirmək öhdəliyini götürüb.
İkinci tender isə Lənkəran rayonunda 2 ədəd 3 otaqlı və Siyəzən rayonunda 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisini əhatə edib. Bu layihənin qalibi "Şəmkir Tikinti-18" ASC (Vöen: 8500131791) olub. Şirkətin təklif etdiyi məbləğ 268.111,19 manat təşkil edib.