Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ölkənin ayrı-ayrı ərazilərində aparılacaq tikniti işləri ilə bağlı elan edilmiş 10 tenderin nəticəsini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu avadanlıq, bərk və yumşaq inventarlar alır – BÖYÜK TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tenderlər Şamaxı və Astarada fərdi evlərin tikintisi, eləcə də FHN-nin Bərdə rayonundakı obyektində təmir işlərini, eləcə də Ağsuda artezian quyusunun qazılmasını əhatə edir.
Açıqlanan tenderlərin ümumi məbləği təqribən 3,3 milyon manatdır.
Sifarişlərin böyük hissəsi – yarıdan çoxu "RİCON" MMC şirkətinə çatıb. Bu şirkət Astarada 18 fərdi evin tikintisi üçün 1 milyon 648 min manat sifariş götürüb – 1 fərdi evin tikintisi 91 min manata başa gələcək.
Daha 3 tenderi «Təməl Tikinti» MMC əldə edib – təqribən 780 min manatlıq sifariş.
Bu tenderlərdən biri üzrə Şamaxıda 4 fərdi evin tikintisi 240 min manata başa gələcəuk – orta hesbala 1 fərdi ev 60 min manata.
«Raha İnşaat» MMC, «Hidroqazma» MMC və «Girdiman Group» MMC isə Şamaxı, İsmayıllı və Tovuz rayonlarında fərdi evlərin bərpası və təmiri ilə məşğul olacaqlar – onlara verilən sifarişin ümumi məbləği 562 min manat ətrafındadır.
Beləliklə
«RİCON» MMC (1900014631) - Astara rayonu, Şümrüd kəndinin Rəzoə haym adlanan ərazisində 18 ədəd yeni fərdi yaşayış evlərinin tikintisi – 1 648 208 AZN
«Təməl Tikinti» MMC (1006377091) - Şamaxı rayonunda 3 ədəd 2 otaqlı və 1ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi (4 ev) – 240 437 AZN
«Təməl Tikinti» MMC (1006377091) - Ağsu rayonunun Xatman kəndi ərazisində salınmış yaşayış məhəlləsində mühəndis təchizatı və qurğuların layihələndirilməsi işləri – 237 649 AZN
«Təməl Tikinti» MMC (1006377091) - FHN-nin Xususi Riskli Xilasetmənin Bərdə rayonunda yerləşən Mina əleyhinə Xususi Təyinatlı Alayının inzibatı binasında təmir işləri və Mina əleyhinə Xususi Təyinatlı Alayının itlərin saxlanılması üçün volyerin tikintisi – 212 314 AZN
«Private Life» MMC (3401498271) - Şamaxı rayonu ərazisində 4 ədəd fərdi yaşayış evlərinin bərpası – 139 227 AZN
«Tərəqqi-Ş» MMC (1302085961) - Şamaxı şəhərində 6 ədəd fərdi yaşayış evlərinin bərpası – 217 870 AZN
«Raha İnşaat» MMC (1504940561) - Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çarhan kəndində 1 ədəd və Tovuz rayonunun Donqar Quşçu kəndində bir ədəd fərdi yaşayış evinin bərpası (3 ədəd ev)” – 117 353 AZN
«Hidroqazma» MMC (1005178991) - Şamaxı rayonunda 8 ədəd fərdi yaşayış evlərində bərpa işləri – 201 754 AZN
«Girdiman Group» (5400942721) - Şamaxı və İsmayıllı rayonları ərazisində 14 ədəd fərdi yaşayış evlərində bərpa işləri – 242 567 AZN